Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fabriora Group MMC İstehsalat Müəssisəmizin Açılışında İştirak Etdi
Bugün bizim üçün çox xüsusi, qürurverici və əlamətdar bir gündür. Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən Fabriora Group MMC-nin Kağız və Gigiyenik Məhsullar İstehsalat Müəssisəsinin rəsmi açılışı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istehsalat müəssisəmizin açılışında iştirak edərək istehsal proseslərimiz, müəssisəmizin fəaliyyəti və istehsal gücümüz barədə yaxından məlumat aldı. Predo ailəsi olaraq məhsullarımızı Azərbaycanda istehsal etmək, yerli istehsalın inkişafına töhfə vermək və istehlakçılarımıza ölkəmizdə istehsal olunan yüksək keyfiyyətli gigiyenik məhsullar təqdim etmək bizim üçün böyük qürur mənbəyidir.
Bu gün bizə göstərilən diqqət və dəstək gələcək fəaliyyətimiz üçün böyük motivasiya mənbəyidir. Aldığımız bu dəyərli dəstək istehsalımızı daha da inkişaf etdirmək, yeni hədəflərə inamla irəliləmək və Azərbaycanın yerli istehsalının gücləndirilməsinə daha böyük töhfələr vermək üçün bizi daha da ruhlandırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bizə göstərdiyi diqqət və dəyərli dəstəyə görə ən səmimi təşəkkürlərimizi bildiririk. Fabriora Group olaraq, güclü istehsal infrastrukturumuz və gələcəyə yönəlmiş hədəflərimizlə Azərbaycanın yerli istehsalına dəyər qatmağa davam edəcəyik.